Ağstafada ümumrayon iməcliyi keçirildi

Hər həftənin şənbə günləri olduğu kimi bu şənbə də Ağstafa rayonunda ümumrayon iməcliyi keçirildi. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən iməclikdə avtomobil yollarının kənarları boyunca əkilmiş gül-çiçək kollarına xüsusi qulluq göstərildi, yaşıllıq sahələri suvarıldı. Bakı-Qazax avtomobil yolunun və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissəsində və avtomobil yolunun Ağstafa şəhər Heydər Əliyev prospekti ilə kəsişdiyi yerdə avtomobillərin hərəkətini tənzimləyən dairənin ətrafı boyunca təmizlik işləri aparıldı. Həmçinin parklar, xiyabanlar eləcə də kəndlərarası yolların kənarları və suvarma arxları da məişət tullantılarından təmizləndi.