Ağsuda kritik vəziyyət

6

Ağsu kənd sakinlərini dinləyən yoxdur

 

 Ağsu sakinləri Xalq.az müraciət edərək şikayətləniblər. Belə ki, Ağsu    rayonunda yaranan problemlərin həlli istiqamətində heç bir addım atılmır. Kəndlərdə yaşayanlar  sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar. Pirhəsənli,Xəlilli,Muradlı,  Çaparlı, sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Ənvər Seyidəliyevə müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının  təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib.

 

 

 

 Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq