Ağsuda məktəb ərazisi satışa çıxarıldı

 

 

82

Ağsu rayon icra başçısı torpaqları özəlləşdirib

Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev haqda redaksiyay yeni məlumatlar daxil olub. Bu barədə mənbənin Xalq.az-a  verdiyi məlumata görə, artıq Ənvər Seyidəliyevlə bağlı müəyyən addımlar həyata keçirilib. Belə ki, o, icra başçısı olduğu müddətdə Ağsu  rayon ərazisini saxta sənədlərlə başqa-başqa adamlara sataraq, küllü miqdarda gəlir əldə edib. Rayon ərazisində olan ticarət obyektlərinə, həmçinin idarə, müəssisə və təşkilat rəhbərlərinə aylıq haqq qoyub ki, bu da ciddi narazılıq səbəb olub.

Mənbə həmçinin bildirilir ki, İcra Başçısı qardaşı  vasitəsilə Ağsu  rayon ərazisində çoxsaylı ticarət obyektləri inşa etdirib. Onların bəzilərini satıb, bəzilərini isə icarəyə verib. Ən maraqlısı odur ki, icra başçısı Ənvər Seyidəliyev məktəb ərazi olan torpaq sahələrini də “hərrac”a çıxarıb. Sakinlər də bu haqda müxtəlif inistansiyalara narazılıqlarını bildiriblər. Təbii, icra başçısının bu cür qanunsuz əməlləri hakimiyyətə ciddi zərbədir. O, öz qanunsuz əməlləri ilə ölkə başçısının gördüyü işlərə kölgə salır.

Qeyd edək ki, artıq Ağsu rayonunda həyacanlı anlar başlayıb. Bir qurup rayon sakini Xalq.az-a bildirirlər ki, icra başçısının özbaşınalıqlarına son qoyulmasa yaxın vaxtlarda arzuolunmaz hadisələr baş verə bilər. Onlar Ənvər Seyidəliyevin  özbaşınalıqlarını ölkə başçısının diqqətinə çatdırmaq üçün PA qarşısında etraz aksiyası keçirəcəklərini də istisna etmirlər.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq