Aİ Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaqdır.

Bugündən başlayaraq, Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri EkoPortalın idarə edilməsi üzrə online potensialın formalaşdırılması təlimi keçirəcəklər. Ətraf mühitə dair informasiyanın, o cümlədən su – planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyəti olan resurs haqqında informasiyanın paylaşılması təlimin əsas diqqət mərkəzində dayanacaqdır. Bu potensialın formalaşdırılması təlimi Avropa İttifaqının yaşıl inkişafı təşviq etmək və Şərq Tərəfdaşlığı məkanında rəqəmsallaşma üzrə məqsədlərinə uyğundur.

Azərbaycan regionda su çatışmazlığından əziyyət çəkən ölkələrdən biri olduğu üçün sudan səmərəli istifadə olunması və şirin su ekosistemlərinin mühafizəsi olduqca vacibdir. Azərbaycanın EkoPortalı ölkədə biliklərə əsaslanan qərar qəbul edilməsi üçün əsas yaratmaq məqsədilə su ehtiyatlarının idarə olunmasına cavabdeh qurumlar arasında məlumat və informasiyanın paylaşılmasına dəstək verəcəkdir.

Avropa İttifaqının dəstəyi ilə, Azərbaycanda su keyfiyyətinə dair məlumatlar Avropa Su İnformasiyası Sisteminin (WISE) su keyfiyyəti məlumatları lüğətinin tələblərinə uyğunlaşdırılmışdır. Hazırda həmin məlumatlar Avropa məlumat topluları ilə uyğunluq təşkil edir. Eynilə də, su keyfiyyəti məlumatlarına əsasən işlənib hazırlanmış və EkoPortalda dərc edilmiş göstəricilər Avropa Ətraf mühit Agentliyinin indikator şablon formatını rəhbər tutur. Bu, Azərbaycanda su ehtiyatlarının vəziyyətini qonşu ölkələrlə, eləcə də Avropa İttifaqının istənilən Üzv Dövləti ilə müqayisə etməyə imkan yaradacaqdır. Regional əsasda müqayisə oluna bilən göstəricilərə malik olmaq milli və regional səviyyədə biliklərə əsaslanan siyasi dialoqu dəstəkləyəcəkdir.

İşlənib hazırlanmış göstəricilər toplusu həmçinin geniş ictimaiyyətə gündəlik həyatlarında və həyat səviyyələri və rifahlarının əsasını təşkil edən istisadi fəaliyyətlərində etibar edəcəkləri su ehtiyatlarının mövcudluğu və onun keyfiyyəti barəsində informasiya əldə etməsinə şərait yaradacaqdır.

EkoPortal bütün göstəricilərin mövcud olduğu bir platformadır. Həmçinin, bir çox digər məlumatlar sudan istifadə edənlər, tədqiqat ictimaiyyəti, regional və qlobal qiymətləndirmələr üzrə milli məlumatlardan ciddi dərəcədə asılı olan beynəlxalq təşkilatlar kimi daha geniş maraq qruplarının mənafeyinə xidmət edəcəkdir.

Sistemin funksionallığı və EkoPortalın dizaynı Avropa Su İnformasiyası Sistemindən (WISE) ilhamlanaraq tərtib edilmişdir. Avropa İttifaqının bütün Üzv Dövlətləri özlərinin su ilə əlaqədar məlumatları barədə bu sistemə hesabat verir və informasiyanı paylaşırlar. EkoPortal məlumat toplularını, göstəriciləri, dinamik xəritələr və hesabatlar təqdim edir. Bu portal Paylaşılan Ekoloji İnformasiya Sisteminin prinsiplərinə və təcrübələrinə uyğun şəkildə su üzrə milli qurumlar arasında məlumat və informasiya mübadiləsi və onun paylaşılmasına imkan verir. İndi vətəndaşlar, ekspertlər, sudan istifadə edənlər və elmi ictimaiyyət müxtəlif məlumat bazalarına çıxış əldə edə və Azərbaycanın su keyfiyyəti məlumatlarını Avropa İttifaqının Üzv Dövlətlərinin məlumatları ilə müqayisə edə bilər.

Tarixçə:

Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Paylaşılan Ekoloji İnformasiya Sistemi II Şərq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihə müxtəlif ekoloji domenlərdə Paylaşılan Ekoloji İnformasiya Sisteminin (SEIS) psinsiplərini və təcrübələrini həyata keçirir. Bu layihə 2010-2015-ci illərdə altı Şərq Tərəfdaşlığı ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) həyata keçirilmiş öncəki əməkdaşlıq fəaliyyətlərinə əsaslanır. O, Avropa İttifaqının altı Şərq Tərəfdaşlığı ölkəsi ilə münasibətləri dərinləşdirmək və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır. Layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialı formalaşdırır. Avropa Ətraf mühit Agentliyi Şərq Tərəfdaşlığı ölkələrində milli ekoloji və statistika qurumlarının institusional potensialının inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ən son və ən yaxşı təcrübə və metodologiyalarını təqdim edir.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. 2017-ci ilin fevralında Avropa İttifaqı və Azərbaycan siyasi dialoqu, ticarəti və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədilə tərtib olunmuş yeni çərçivə sazişi üzrə danışıqlara başlamışdır. AQTA Paylaşılan Ekoloji

İnformasiya Sistemi II Şərq layihəsi:

https://eni-seis.eionet.europa.eu/east/governance

Layihənin su sahəsi:

https://eni-seis.eionet.europa.eu/east/areas-of-work/data/water

Avropa Ətraf mühit Agentliyinin su üzrə fəaliyyəti: https://www.eea.europa.eu/themes/water