Aİ dünyanın ən böyük donoru olub

Avropa İttifaqı (Aİ) dünyanın ən böyük donoruna çevrilib.

XALQ.AZ Avropa Komissiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə və Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, Aİ 2018-ci ildə inkişaf məqsədi ilə 74 milyard avrodan çox yardım göstərib.

Qeyd edək ki, Aİ 2014-2018-ci illər ərzində “EU4Azerbaijan” proqramı çərçivəsində ölkənin ayrı-ayrı sahələrinin inkişafı üçün təxminən, 76 milyon avro ayırıb.