Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb.

XALQ.AZ xəbər verir ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna böyük məbləğdə ianə edib.

“Azərbaycan Ordusuna dörd yüz min dollar göndərdim. Azərbaycan üçün canımız fəda olsun”, – deyə, sənətçi bildirib.