Akif Çovdarov da əfv edildi

İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov da var. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, A. Çovdarov əfv edilərək azadlığa buraxılıb.

Qeyd edək ki, A. Çovdarovun 68 yaşı var. O, 2015-ci ildə “MTN işi” ilə bağlı həbs edilmişdi. Məhkəmənin hökmü ilə A. Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.