Aktrisa canlı yayımda soyundu-Video

Fransanın komediya aktrisası Konstansa Pittard iştirak etdiyi radio verilişində əxlaq keşikçilərinə etiraz etdiyini bildirib.

 

XALQ.AZ  xəbər verir ki, aktrisa etiraz əlaməti olaraq canlı yayımda soyunub.

Əxlaq keşikçilərinə etiraz edən aktrisa büzqalterini də çıxararaq canlı yayıma çılpaq şəkildə davam edib. Pittard bazar gününün “Dünya Çılpaqlar Günü” olduğunu bildirib.

Aktrisa bildirib ki, qadınlar ictimai yerlərdə körpələrini əmizdirəndə və çimərlikdə çılpaq formada günəş vannası qəbul edəndə Fransada qalmaqal yaranır və bu hərəkətlər nifrətlə qarşılanır.

 

 

Orxan