Aktrisa efirdə tamaşaçını sillələdi-Video

Rusiyada Andrey Malaxovun verilişində qonaq olan aktrisa Evelina Blyödans studiyadakı izləyicini sillələyib.

XALQ.AZ  xəbər verir ki, tamaşaçı Yelena Lebedeva aktrisanın Daun sindromlu uşağı olduğunu xatırladaraq deyib:

“35-40 yaşdan sonra uşaq sahibi olmaq təhlükəlidir, 49 yaşında süni mayalanma ilə hamilə qalmaq səbəbin nədir? Bunu edərkən nə fikirləşdin? Daha bir xəstə uşaq doğmaq istəyirsən?”.

Bu sözlərdən əsəbiləşən Evelina Yelenaya yaxınlaşaraq “Mənə istədiyini deyə bilərsən, amma uşağımla işin olmasın” deyərək onu sillələməyə başlayıb.

Blyödansın bu davranışından sonra efir yarımçıq dayandırılıb.

 

 

Orxan