Alı Alıyev milyonları yola xərcləyir?

ali aliyev 

 

18 milyona manata  çəkilən yol dağılır

 

 

Xəbər verdiyimiz kimi, Fizuli rayonunda Qarabağ-Böyük Bəhmənli-Arayatılı-Mirzənağılı yolunun çəkilməsi üçün  8,4 milyon manat pul ayrılıb. Bununla bağlı işlər isə «Parlaq N» MMC-yə həvalə edilib.Lakin bu yol lahiyəsi ilə bağlı Xalq.az-ın araşdırması nəticəsində daha da maraqlı faktlara rast gəlib. Belə ki, Qarabağ-Böyük Bəhmənli-Arayatılı-Mirzənağılı avtomobil yollarının yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün “Gentechs” MMC-ə 60 000 manat pul ödənilib. Bundan əlavə yenidən yolunun çəkilməsi üçün «Parlaq N» MMC-ə 9 492 824 manat  pul ayrılıb. Bu məbləğ toplayanda fantastik bir rəqəm alınır 17 952 824 manat. Qarabağ-Böyük Bəhmənli-Arayatılı-Mirzənağılı 18 milyon manata  başa gəlibsə bəs niyə dağılır. Araşdırmamız nəticəsində  KİV-də  Füzuli rayon İcra Hakimiyyəti ancaq 3 km yolun çəkilişi ilə bağlı açıqlama verib.  Bəs görülən diğər işlər barədə  niyə açıqlama verilmir? Araşdırmalar zamanı o da məlum olub ki, ümumilikdə, Füzuli rayonunda bütün tikinti və abadlıq işləri ilə bağlı elan edilmiş tenderlərin əksəriyyətini «Parlaq N» şirkəti udub. Və bu «udma» prosesi də onunla bağlıdır ki, həmin şirkət dolayı şəkildə Alı Alıyevə işləyir. Hətta onun başında duran şəxsin Füzulinin icra başçısı ilə həddindən artıq yaxın olduğu deyilir.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.

1 2 3 4 5