Alı Alıyevin tender oyunu

 

28

Füzulinin icra başçısı təhsil şöbəsinin müdiri haqqında kompromatları mətbuata ötürməyə başlayıb 

Füzulinin icra başçısı Alı Alıyev rayonda yola getmədiyi təhsil şöbəsinin müdiri Almaz Həşimova haqqında məlumatları mətbuata ötürür. Bu barədə XALQ.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirib ki, Alıyev özünə yaxın bildiyi mətbuat orqanları ilə anlaşaraq, təhsil şöbəsinin müdiri haqqında kopromat materialları onlara verib, yayımlanmasını istəyib. Bunun səbəbi isə sadəcə, puldur. JAM.AZ-a danışan mənbənin iddiasına görə, Almaz Həşimova baş nazirin müavini Əli Əhmədovun ən yaxın adamlarından biridir. Eyni zamanda, bu imkanından yararlanaraq, o, rayonda tam sərbəst şəkildə hərəkət edir. Alı Alıyevlə aralarında münasibətlərin korlanması isə tender pulları üstündə olub.

Qeyd edilir ki, Almaz Həşimova təhsil sahəsində reallaşdırılan tenderlərdən əldə etdiyinin bir qəpiyini belə Füzulinin icra başçısına vermir. Hətta bir neçə dəfə xəbərdarlıq edilsə də, şöbə müdiri deyilənləri qulaqardına vurub. Vəziyyəti belə görən icra başçısı da qorxutmaq üçün bir neçə dəfə Füzuli Təhsil Şöbəsində yoxlamalar apartdırıb. Hətta Həşimova bu yoxlamadan canını qurtarmaq üçün müəllimlərin yay məzuniyyət pullarını yoxlayanlara verdiyi deyilir.

Məlumatda deyilir ki, Almaz Həşimova Alı Alıyevin onunla nəyin davasını apardığını yaxşı bidiyindən, maksimum müqavimət göstərir. Füzuli təhsilinə hər il ayrılan heç də kiçik rəqəmlərlə ölçülməyən pulların icra başçısı ilə bölüşdürülməməsi vəziyyəti indiki səviyyəyə gətirib çıxarıb. İcra başçısı isə bütün hallarda şöbə müdirini «ram etmək» üçün imkanlarını işə salıb. Və onlardan biri də mətbuat vasitəsi ilə kampaniyanın təşkil olunmasıdır.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.