Ali Baş Komandan elan etdi-Bu kəndlər də işğaldan azad olundu!

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

XALQ.AZ-un xəbərinə görə, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.