Ali Baş Komandan elan etdi- Bu kəndlər işğaldan azad olundu

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad edilib. Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edilib.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rəsmi tvitter hesabı vasitəsilə açıqlayıb.