Ali Baş Komandan: “Hərbçilərin xidmət şəraiti çox yaxşıdır”

“2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.

XALQ.AZ  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimində deyib.

O bildirib ki, son illər ərzində onlarla hərbi şəhərcik yaradılıb: “Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Deyə bilərəm ki, hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib”.

O qeyd edib ki, növbəti iki-üç il ərzində bütün hərbi şəhərciklər təmirli olacaq.

 

 

Orxan