Alim Qasımov İranda möhtəşəm konsert keçirdi (FOTO)

Alim

Mayın 13-də Tehranın ən böyük salonlarından birində-Beynəlxalq sərgi Mərkəzinin möhtəşəm”Milad” salonunda ümumdünya şöhrətli sənətkar Alim Qasımovun konserti olub.

Azərbaycanın İran İslam Respulikasındakı Səfirliyindən verilən məlumata görə, Tehranın “Milad” beynəlxalq sərgi salonunda dünya şöhrətli azərbaycanl muğam ustası Alim Qasımovu tamaşaçılar ayaq üstə , gürültülü alqışlarla qarşıladılar. Konsert öncəsi, dünya şöhrətli muğam ustası Alim Qasımovun İrana dəvət olunmasının əsas təşəbbüskarı, şair Xosrov Sərtibi çıxış edərək Alim Qasımovun muğam sənətində oynadığı müstəsna roludan danışdı. Sərtibi məşhur musiqiçi Yo-Yo Manın aşağıdakı fikrini dinləyicilərin nəzərinə çatdırdı: “Mən xoşbəxtəm ki, Alim Qasımov kimi sənətkarla eyni bir zamanda yaşayıram”.
Daha sonra o, şair Xosrov Sərtibi Şərq poeziyası və musiqisinin qüdrətindən danışdı, ozünün Alim Qasımova həsr etdiyi şerini oxudu.

Konsertdən əvvəl Alim Qasımovun Tehrana gəlişini əks etdirən videoçarx maraqla qarşılandı. Artıq bu süjet sənətkarın İranda nə qədər məşhur olduğunu nümayiş etdirdi: belə ki, adi Tehran sakinləri onu küçədə üzdən tanıyır, ayaq saxlayıb söhbət edir, onunla foto çəkdirirdilər.

Alim Qasımovun öz sazəndə dəstəsi ilə çıxması gurultulu alqışlarla qarşılandı. Tamaşaçılar zaldan onu “Alim yaşa!!!” sədaları ilə alqışladılar.

3 saata yaxın , özü də fasiləsiz davam edən bu konsert də Alim Qasımov xarüqələr yaratdı. O, özü də dinləyicilərə müraciət edərək bu çıxışına xüsusi önəm verdiyini söylədi: İranda, muğam biliciləri qarşısında konsert vermək, sənətkarın böyük məsuliyyət və şərəfdir.Çalışaq , elə bir sənət yaradaq ki, tarixdə qalsın”, -deyə Alim Qasımov minnətdarlığını tamaşaçılara buildirdi.

2 mindən çox tamaşaçının yığıldığı tamaşa zalında təxminən 50 dəqiqə çəkən “Rast” dəstgahının ifası isə konsertin kulminasiya nöqtəsi oldu. Konsert bitəndən sonra da tamaşaçılar ustad Alim Qasımovu heç cürə səhnədən bauraxmaq istəməyən tamaşaçılar ondan, “Qarabaq şikəstədi”, “Arazbarı”, “Sarı gəlin”i ifa etməsini istəyirdilər. Ustadın konsertə “Sarı gəlin”i mahnısı ilə son verdi. Sonra Alim Qasımovun bir neçə il bundan əvvəl Təbrizdə verdiyi konsertinin diskinin təqdimatı oldu. Azərbaycanlı muğam ustasının bir neçə gün sonra Təbrizdə də konserti olacaq.

A-11

A-22

A-33

A-44