Alim Qasımovun diskləri İranda satışa çıxarıldı

Alim

Azərbaycanın Xalq Artisti Alim Qasımovun İranda diskləri satışa çıxarılıb.

Məlumata görə, disklərə xanəndənin 2000-2004-cü illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda, bu il mayın 13-də Tehranda keçirdiyi konsertdən bir səhnə daxil edilib.

Xanəndənin 2000-ci il konserti iki ədəd CD, 2004-cü il konserti isə bir ədəd DVD formatında buraxılıb.

Disklər Tehranın “Avaye Barbad” Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.