Alınmış biletlərin əvəzinə yenisi verilə bilər – RƏSMİ

“Biz operativ qərargahın qərarlarını gözləyirik. Əgər iyul-avqust ayları ərzində qərar olarsa, bu vaxta qədər bilet almış sərnişinlərə həmin dəyərdə yenisi veriləcək”.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev məlumat verib. 

O qeyd edib ki, bu, uçuşlar bərpa edildikdən 60 gün sonra mümkün olacaq.

E.Hacıyev sərnişinlərə xüsusi vauçerlər təqdim olunacağını da qeyd edib:

“AZAL öz sərnişinləri qarşısında öhdəliklərini tam yerinə yetirəcək. Hazırda Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşlar gündəmdədir. Qaydalara görə, sərnişinlər yalnız 48 saat ərzində qüvvədə olan arayışla müraciət edə bilərlər. Çox güman ki, onlar gələndə karantinə alınmayacaq. Hazırda sərnişinlərdə 178 min 691 biletimiz var”.