“Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır”-Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.
XALQ.AZ xəbər verir ki, prezidentlə kənd sakinlərindən birinin maraqlı dialoqu olub. Belə ki, sakinlərdən biri dövlət başçısına “Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır” deyib. Prezident isə cavabında “Maşallah, sənin də yumruğun yaxşıdır” söyləyib.
Həmin səmimi anların görüntüsünü təqdim edirik: