Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yola düşür.
XALQ.AZ xəbər verir ki, QMİ-dən verilən məlumata görə, məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq mərkəzinin Direktorlar Şurasının növbəti 18-ci sessiyasında iştirak etməkdir.
Dünyanın nüfuzlu beynəlxalq hökümətlərarası təşkilatı olan KAİSİİD qurumunun 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman din xadimi – Şeyxülislam A. Paşazadənin qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən, mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.
Orxan