Allahşükür Paşazadə: “Allah da bunu istəyər ki, insanlar qaydalara əməl etsin”

Mayın 14-də Vatikan və Əl-Əzhər İslam Universitetinin “Bəşəriyyət üçün dua et” təşəbbüsü həyata keçirilib.


XALQ.AZ xəbər verir ki, Azərbaycan növbəti dəfə qlobal çağırışa fərqli, özünəməxsus formada cavab verdi.


“Ölkəmizdəki dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə oruc tutub, bəşəriyyət üçün dua etdilər. Azərbaycan virusla mübarizədə öncüllərdən biridir. Vaxtında qərarların qəbul edilməsi qəhrəmancasına insanların həyatın qorunması demək idi. Prezident həzrətləri buyurur ki, biz birlikdə güclüyük. Biz ona görə birlikdə güclüyük ki, qanunlara tabe olmalıyıq. Allah da bunu istəyər ki, insanlar qaydalara əməl etsin və öz sağlamlıqları və başqalarının sağlamlıqları qorunsun”.


Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirusinfo” verilişinə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.


Şeyxülislam qeyd edib ki, insanlar mənəvi həyatlarına yenidən baxmalı, dualar, bir-birilərinə yaxşılıq, köməklik etməlidirlər. 

XALQ.AZ