Allahşükür Paşazadə İspaniyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniyaya səfərə yola düşür.

XALQ.AZ xəbər verir ki, İdarədən verilən məlumata görə, səfərdə məqsəd Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birlikdə təşkil etdiyi «Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

İki gün davam edəcək Beynəlxalq Konfranda 40-dək çıxış və məruzə dinləniləcək. Konfransın ikinci günündə beynəlxalq tədbir öz işini Madriddəki Françesko de Vitoria Universitetində davam etdirəcəkdir. Burada məruzələr dinləniləcək, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparılacaq

 

 

Orxan


Comments are closed.