Allahşükür Paşazadə Moskvada səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin (RF MRİ) VII hesabat-seçki qurultayında iştirak etmək məqsədilə Moskvada səfərdədir.

XALQ.AZ xəbər verir ki, RF MRİ-nin hesabat-seçki qurultayı beş ildən bir keçirilir. Bu il qurultay ilk dəfə Moskva Cümə Məscidində baş tutur.

VII hesabat-seçki qurultayı bu il 60 yaşını qeyd etmiş RF MRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddini yekdilliklə yenidən təşkilatın rəhbəri seçib.

Qurultayda açıqlanan məlumata görə, RF MRİ bu gün Rusiyanın 53 subyektindən mindən çox mərkəzləşdirilmiş və yerli müsəlman təşkilatlarını birləşdirir. İclasda 149 qurultay nümayəndəsi, federal və regional hökumət nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar və jurnalistlər iştirak edir.