AMADA müsabiqə elan edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 aprel – Ədalətli İdman Gününə həsr olunmuş müsabiqə elan edib. XALQ,AZ xəbər verir ki, müsabiqə iki kateqoriya üzrə keçiriləcək. Jurnalistlər müsabiqəyə esse və şəkil (komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya) ilə qatıla bilərlər. Nümunələr aprelin 8-dək müsabiqəyə təqdim olunmalıdır.

Aprelin 10-da hər kateqoriya üzrə üç qalib elan ediləcək. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.

 

 

Elgün