AMEA-da yeni direktor təyinatı

1588951822 untitled 1

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinə direktor təyin olunub.

AMEA-dan XALQ.AZ-a verilən məlumata görə, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin mayın 8-də baş tutan onlayn iclasında verilib.