Anar Kərimov Əbülfəs Qarayevin ən yaxın adamını və 2 şöbə müdirini işdən çıxardıb

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

XALQ.AZ-ın Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A. Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Onun yerinə Kərimov Elnur Əliyevi müşavir vəzifəsinə təyin edib. 

Qeyd edək ki, Aydın İsmiyev sabiq Mədəniyyət Naziri Əbülfəs Qarayevin ən yaxın adamı sayılırdı.

XALQ.AZ