Anar yenidən sədr oldu

Anar

“Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirilib. Xalq yazıçısı Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib”.
XALQ.AZ-ın məlumatına görə, bunu AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. Onun sözlərinə görə, Anar qurultayda yeganə namizəd olub.

Qurultayda həmçinin AYB-nin hazırkı katiblərinin də vəzifələrində qalması barədə qərar verilib.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.