Anası zebra, atası uzunqulaq (FOTO)

x-1

Meksikanın Tamaulipas ştatında qeyri-adi heyvan doğulub. Hər kəsin marağına səbəb olan bu heyvan zebra ilə uzunqulağın cütləşməsindən ərsəyə gətirilib. Aprelin 21-də yerli zooparkda dünyaya gələn bu heyvana zoopark işçiləri Xumba adını veriblər.

Zoopark işçilərinin sözlərinə görə, dişi zebra ilə erkək uzunqulağın calağı ətrafda yaşayan hər kəsin təəccübünə səbəb olub və onu görmək üçün Meksikanın digər bölgələrindən gələnlər də var.

Zebra ilə uzunqulağın xromosomları bir-birinə uyğunlaşmadığından, Xumba adlı bu heyvanın doğulması təbiətdə nadir rast gəlinən hadisə hesab edilir.

x-2

x-3

x-4

x-5

CEBRASNO