Anasını niyə öldürdü?

Bicaq-1

Avqustun 8-də İmişli rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.

XALQ.AZ-ın Lent.az-a istinadən məlumatına görə, Qaralar kənd sakini, 42 yaşlı Etibar Məmmədovun amansızlıqla qətlə yetirdiyi anası Gövhər Məmmədovanın 85 yaşı var imiş.

E.Məmmədov həmin gün sərxoş vəziyyətdə evə gəlib və anası, eləcə də kiçik qardaşının həyat yoldaşı, 24 yaşlı Tünzalə ilə mübahisə edib.

Ailə-məişət zəminində başlamış mübahisə münaqişəyə çevrilib və 42 yaşlı kişi bıçağa əl atıb. O, 85 yaşlı anasına 5 bıçaq zərbəsi vurub. Zərbələrdən 3-ü daxilə nüfuz edib və qadının ölümünə səbəb olub.

Qayını 24 yaşlı gəlinə isə 9 bıçaq zərbəsi vurub. Lakin zərbəlrdən heç biri öldürücü olmayıb.

Bildirilir ki, Etibar Məmmədov artıq tutulub. O, daha əvvəl də cinayət törətdiyinə görə məhkum edilibmiş.