Angela Merkelin Cənubi Qafqaz səfəri başladı

Almaniyanın baş naziri Angela Merkelin Cənubi Qafqaza səfəri başlayır.

 

XALQ.AZ  xəbər verir ki, səfər üç günlük nəzərdə tutulub və səfər çərçivəsində kansler Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. Angela Merkel hər üç Qafqaz ölkəsinin dövlət rəhbəri ilə danışıqlar aparacaq.

Merkelin Bakıya səfəri 25 avqust tarixində gözlənilir. Angela Merkel Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi danışıqların gündəliyində duracaq.

Bildirilir ki, Almaniya öz qaz mənbələrini şaxələndirmək məqsədi ilə bu qaz marşrutunda maraqlıdır.

 

 

Orxan