Antalyada tarixi rekord

Türkiyənin ən məşhur istirahət mərkəzlərindən biri olan Antalyada tarixi rekord qeydə alınıb.

XALQ.AZ xəbər verir ki, bu, istirahətə gələn turistlərin sayı ilə bağlıdır.

Belə ki, yanvarın 1-dən avqustun 22-dək Antalyaya 10 milyon əcnəbi turist səyahət edib.

Yerli mədəniyyət və turizm idarəsindən bildirilb ki, bu, ötənilki göstəricidən 18% çoxdur. 2017-ci ildə analoji zaman kəsiyi ərzində isə burada 6,7 milyon səyahətçi olub. 

Antalyaya səfər edənlər arasında Rusiya, Almaniya və Ukrayna vətəndaşları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərdə qərarlaşıb.