Aparıcıdan Mədət Quliyevə maraqlı sual

“Sizin timsalınızda bütün DTX nümayəndələrini təbrik edirəm”.

Azərbaycanlı aparıcı Firuzə Cəlilova Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə birlikdə fotosunu paylaşaraq onu Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik edib.

XALQ.AZ xəbər verir ki, aparıcı general-polkovniklə görüş zamanı aralarında baş tutan maraqlı söhbətdən bəhs edib.

İki oğul anası olan aparıcı Milli Qəhrəmanımızdan övladlarının tərbiyəsi üçün məsləhətlər aldığını qeyd edib.

“Çox səmimi, sadə bir insan. Ürəyimdən keçdi ki, yaxınlaşıb 5-10 dəqiqə övladlarımızın vətənpərvər ruhda böyüdülməsi barədə fikirlərimi paylaşım. Tutduğum tərbiyə metodunun düzgün olub-olmadığını 2 dəfə ağır yaralanaraq həyata qalib gələn Milli Qəhrəmanımızdan soruşdum. Fikirləriniz mənim üçün çox önəmlidir. İnşallah mən də bir ana kimi dövlətimizə 2 vətənpərvər oğul böyüdüb boya-başa çatdıraram. Sizin timsalınızda bütün DTX nümayəndələrini təbrik edirəm”.

 

Orxan