“Aparılan islahatlar Milli Məclisdə də davam etdirilir”

“Milli Məclisin rəhbərliyi və komitə sədrləri dəyişib və bütün bunlar göstərir ki, ölkədə aparılan islahatlar Milli Məclisdə də davam etdirilir”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bundan sonra Milli Məclisin fəaliyyətində də yəqin ki, dəyişikliklər olacaq:

“Bu, həm qanunvericilik fəaliyyətinə aid olacaq, həm təmsilçilik, həm nəzarət, həm də beynəlxalq əlaqələr sahələrinə. Eyni zamanda, Milli Məclisin Aparatında da islahatlar həyata keçirməliyik: müasir dövrə uyğun həm struktur dəyişiklikləri, həm də kadr islahatları. Gənc kadrları Milli Məclisin işinə cəlb edəcəyik. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi yaxın günlərdə böyük işlər görəcək”.