“Aparılan islahatlar öz bəhrəsini verir”

“Bunun 40 mini özəl sektorun payına düşür”.

“Bu ilin iki ayı ərzində qeyri-formal məşğulluqla mübarizə nəticəsində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb”.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun 40 mini özəl sektorun payına düşür: “Bu rəqəmlər onu göstərir ki, aparılan islahatlar öz bəhrəsini verir. Əmək müqavilələrindəki artım formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına dəlalət edir”.

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər normal görünür: “Əsas məqsəd muzdluların payının artırılmasıdır. Bu da onların pensiya və sosial müdafiə təminatına ciddi dəstək verəcək”.

 

Orxan