“Apple Music”in veb-versiyası buraxıldı

“Apple”şirkəti mobil tətbiq əvəzinə brauzerə üstünlük verən istifadəçilər üçün “Apple Music” servisini işə saldı.

XALQ.AZ xəbər verir ki, hazırda sayt test versiyada işləyir.

Xatırladaq ki, “Apple” 2014-cü ildə “Beats Electronics” qulaqcıqlarının istehsalçısı və “Beats Music” servisini 3 milyard dollara əldə edib.

“Beats Music”in veb-versiyası vardı, lakin servis ona abunəliyi 2015-ci ildə “Apple Music” işə başladıqdan sonra bağladı.

Qeyd edək ki, “Apple”in “Apple News +” və “Apple TV +” də daxil olmaqla əksər servisləri veb-versiyaya malikdir.