Aqiyə Naxçıvanlı qəbul keçirdi

Aprelin 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı  Milli Məclisdə vətəndaşları qəbul edib.

XALQ.AZ xəbər verir ki, komitə sədri  qəbula gələn vətəndaşları dinləyib, onları narahat edən məsələlərin bəzilərini yerindəcə həll edib, bəzi vətəndaşlara hüquqları izah olunub. Digər vətəndaşların müraciətlərini isə baxılması üçün aidiyyəti təşkilatlara göndəriləcəyini bildirib.

Vətəndaşların müraciətləri əsasən ailə-məişət və digər sosial məsələlərdən  ibarət olub.

 

Orxan


Comments are closed.