Aqiyə Naxçıvanlı qəbul keçirib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisdə vətəndaşları qəbul edib.

XALQ.AZ xəbər verir ki, deputat qəbula gələn vətəndaşları dinləmiş, onları narahat edən məsələlərin bəzilərini yerindəcə həll etmiş, bəzi vətəndaşlara hüquqları izah olunub. Digər vətəndaşların müraciətlərini isə baxılması üçün aidiyyəti təşkilatlara göndəriləcəyini bildirib.

Vətəndaşların müraciətləri əsasən ailə-məişət və digər sisial məsələlərindən ibarət olmuşdur.

 

 

Orxan