“Aqrolizinq” 22 milyon manatlıq texnika alır

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC 50 ədəd taxılyığan kombayna məxsus xırdalayıcı və dağlıq ərazilərdə istifadə edilə bilən 25 ədəd taxılyığan kombaynın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

XALQ.AZ xəbər verir ki, tenderin qalibi “Azfert” MMC-dir. 

Qalib şirkətə 21 549 870 manat ödəniləcək.