“Aqrolizinq”-in Horadiz filialınında mənimsənilən subsidiya

Aqro

Son illərdə Füzuli rayonuna ayrılmış subsidiyalar yoxlanılacaq

Kənd Təsərrürfatı Naziri Heydər Əsədovun göstərişi ilə yaxın günlərdə Füzuli rayonuna verilən subsidiya yardımı araşdırılmağa başlanılacaq. Araşdırma üçün artıq nazirlikdə müfəttiş heyyətinində hazır olduğu bildirilir. 
Daxil olan məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Füzuli rayonunda subsidiya yardımlarının verilməsinin araşdırılması məsələsinin ortaya çıxması bu rayonda hər il külli-miqdarda subsidiya vəsaitinin mənimsənilməsi ilə bağlıdır. Mənimsəməni isə icra başçısının müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Hüseyn Abbasovla, “Aqrolizinq” ASC Horadiz filialının direktoru Fəttah Heydərov və həmçinin icra nümayəndələri birlikdə həyata keçirdikləri bildirilir. Yoxlama keçiriməsi xəbəri isə artıq Hüseyn Abbasovla, “Aqrolizinq” ASC Horadiz filialının direktoru Fəttah Heydərovun canına “qorxu”salıb.
Rayondakı mənbəmiz iddia edir ki, icra başçısının müavini Hüseyn Abbasov subsidiya yardımına ayrılan 18 min hektar torpaq sahəsinin bir hissəsini “Aqrolizinq” ASC Horadis filialının direktoru ilə birlikdə saxta sənədlər əsasında mənimsəyiblər.
Bildirilir ki, rayonun 14 kəndinin adına yazdırılan (Alıxanlı-637, Araz Dilağarda – 215, Bala Bəhmənli – 238, Böyük Bəhmənli-294, Əhmədbəyli – 10465, Horadis kəndi – 700, Qarabağ kəndi – 1500, Qarxanbəli – 430, Qayıdış-9 299, Zobucuq-1 294, Zobucuq-2 356, Zobucuq-3-233, Zobucuq-4 -235, Zobucuq-5 -228) 16119 hektar torpaq sahəsinin bir hissəsi, təxminən 7 min hektara yaxını saxta sənədlər əsasında subsidya yardımına yazdırılıb. Subsidiya yardımına yazdırılan qeyri-əkin torpaq sahələrinə görə dövlət büdcəsindən 600 min manatdan çox vəsaitin məniimsənildiyi qeyd olunur.
Bundan başqa həmin 7 min hektar torpaq sahəsinə verilən 500 min manatlıq azot gübrəsi və digər mineral gübrələrdə müxtəlif rayonlarda satdırılıb.
Xatırladaq ki, Füzuli rayonunda 4767 nəfərin adına 18134 hektar torpaq sahəsi subsidiya yardımına yazdırılb və həmin torpaq sahələrinin əkilməsi üşün ilkin olaraq 1,5 milyon manata yaxın vəsait ayrılıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az