AQTA Bakıda bu restoranı bağladı

Bir neçə gün əvvəl mediada Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı.

XALQ.AZ xəbər verir ki, AQTA-dan verilən məlumata görə, fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək araşdırılıb.

Araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinə baxış keçirilib. Baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönər bişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulan yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.

Baxış zamanı ictimai-iaşə müəssisəsində un məmulatlarının (qutab və peraşkilərin) hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti, emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.

Bunları nəzərə alaraq, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib.

Orxan