ARB TV-nin əməkdaşı işdən çıxarıldı – Yazdığı statusa görə

Ölkədəki rus dilli insanlara qarşı sosial şəbəkədə status yazan ARB TV-nin bölgə müxbiri vəzifəsindən çıxarılıb.
Bu barədə “ARB Media Qrup” xüsusi açıqlama yayıb.
Açıqlamada deyilir:
“ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının “facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.
XALQ.AZ

Yeganə