Arif Qasımov qəbul keçirib

XALQ.AZ xəbər verir ki, 05 sentyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Keşlə qəsəbəsi, D.Aslan küçəsi 1a, 6, 7, Yenikənd küçəsi 17 və Maarif küçəsi 7 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görüldüyünü,  o cümlədən qəsəbədə 1 orta ümumtəhsil məktəbinin daxili imkanlar hesabına əsaslı təmir edilərək yeni tədris ilində istifadəyə veriləcəyini, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Qəbulda müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

 

Orxan