Arif Qasımovun işdən çıxarılmasına səbəb olan – Video

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

XALQ.AZ-ın məlumatına görə, Arif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir.

Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.

XALQ.AZ