Artıq “Bacanaqlar”da olmayacaq

Xəbər verdiyimiz kimi, aktrisa Fidan Axundova ARB telekanalında yayımlanacaq yeni seriala çəkilir.

XALQ.AZ xəbər verir ki, aktrisanın çəkildiyi “Bacanaqlar” serialındakı Mətiş obrazının aqibətinin necə olduğu tamaşaçıları da maraqlandırıb.

Fidan əməkdaşımızla söhbətində bildirib ki, ekran işindən uzaqlaşıb. Yeni mövsümdə tamaşaçılar onu “Bacanaqlar”da görməyəcəklər:

“Çoxdandır dramatik bir obraz arzulayırdım. Hər il təkliflər gəlirdi, amma bəyəndiyim olmurdu. Bu ssenarini isə çox sevdim. “Bacanaqlar”da da ssenari tamamilə dəyişdi. Mən də ekran işindən uzaqlaşdım”.

Axundova yeni serialdan da söz açıb:

“Artıq çəkilişlərə başladıq. Sentyabrdan ARB-də efirə gedəcək. Tərəf müqabillərim arasında bir çox tanınmış simalar var”.

 

 

Orxan