Artur Rasizadə yenidən baş nazir oldu

v

 

Milli Məclisin bu gün ki iclasında baş nazir Artur Rasizadə yekdilliklə yenidən öz vəzifəsinə təyin edilib. Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalamışdı. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin. Xatırladaq ki, Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.