Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi – FOTO/VİDEO

25 yaşlı qadın boşanma ərəfəsində olduğu əri və onun ailəsi tərəfindən zorla mikroavtobusa mindirilərək meşəyə aparılıb, saatlarla işgəncəyə məruz qalıb.

XALQ.AZ-ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Xoşbəxtlikdən, qadının zorla mikroavtobusa mindirildiyini görən hadisə şahidləri polisə xəbər veriblər. Təhlükəsizlik kameralarından mikroavtobusun nömrə nişanını müəyyənləşdirən polislər maşını GPS-lə izləyib və qadını ağır yaralı vəziyyətdə aşkarlayıblar. 

Xəstəxanada müalicə alan iki uşaq anası Ceylan Yıldırım polisə verdiyi ifadədə Ersin Yıldırımla 2012-ci ildə evləndiklərini deyib:

“Bir il əvvəl aramızda problemlər başladı. Altı ay əvvəl atamın evinə getdim. Ailəmlə bəzi problemlər yaşayandan sonra sığınacağa köçdüm. Hadisə günü anamın üzünə bibər qazı püskürdülər.

Ərim və qaynım məni stula bağlayaraq işgəncə verdilər. O qədər vurdular ki, huşumu itirdim. Ayılanda polislər başımın üstündə idi”. 

Bundan sonra asayiş keşikçiləri əməliyyat keçirərək, qadının əri Ersin Yıldırımı, onun əmisi Səid Yıldırımı, həmin gün onlara kömək edən Əli Y., Dilək Y. və Bürhan Y. adlı şəxsləri saxlayıb.

Onlara qarşı “adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb.