Arzu Əliyevanın yeni filmi-Foto

Baku Media Center “Miras” adlı yeni sənədli filmin çəkilişləri üzərində işləyir.

XALQ.AZ xəbər  verir ki, bu barədə qurumun “Twitter” səhifəsində məlumat verilir.

Film “Nobel Brothers” şirkətinin Azərbaycanın neft sənayesindəki roluna həsr olunub.

Azərbaycanın aparıcı innovasiya media şirkəti olan Baku Media Center audiovizual məhsulların istehsalı ilə məşğuldur. Mərkəz bu yaxınlarda “Hədəf- Bakı. Hitler neft uğrunda müharibəni uduzdu”, “Əbədi ezamiyyət”, multikulturalizm ilinə həsr olunmuş “ Bir günəş altında”, “Son yığıncaq ” kimi filmləri təqdim edib.

Orxan