Arzu Bağırova “Evdə qal, kitab oxu” aksiyasına qoşuldu

Arzu Bağırovanın rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİM) “Evdə qal, kitab oxu” aksiyası həyata keçirib.

XALQ.AZ xəbər verir ki, aksiya çərçivəsində RHİM Masallı rayonunda yaşayan gənclər üçün kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib. Aksiyanın məqsədi göndərilən kitablarla gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirməsinə töhfə verməkdir. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir.