Arzu Nağıyev seçicilərlə görüşüb
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev seçicilərlə görüşüb.
XALQ.AZ xəbər verir ki, 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 12 aprel tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi. Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, təltif, fəxri adların verilməsi və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə görüş keçirildi, onların qayğı və problemləri ilə maraqlanıldı, veteranlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirilərək, fikir mübadiləsi aparıldı.