AŞ PA-nın payız sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək.

XALQ.AZ xəbər verir ki, bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın payız sessiyasında iştirak edəcək və müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, sessiyanın gündəliyində birbaşa Azərbaycanla bağlı məsələ yoxdur: “Sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, biz Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsini həmişə gündəmə gətirirk və bu dəfə də gətirəcəyik”.

Xatırladaq ki, AŞ PA-nın payız sessiyası 8-12 oktyabr tarixlərində Strasburqda baş tutacaq.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.