“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi

Prezident İlham Əliyev fərman imzalayıb.

Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, “ASAN Viza” sistemi birdəfəlik və ya çoxdəfəlik elektron vizanın 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilməsini təmin edəcək.

Əsasnaməyə edilən 7.4-1 maddəsində qeyd olunub ki, sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir. Məlumat bunlardır:

1. soyadının və ya digər adlarının dəyişdirilməsi,

2. vətəndaşlığının dəyişdirilməsi,

3. viza üçün müraciət etdiyi günədək daimi yaşadığı ölkələr,

4. ailə vəziyyəti,

5. hazırkı iş yeri, vəzifəsi və ixtisası,

6. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar),

7. əvvəllər Azərbaycan Respublikasına səfər etməsi,

8. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması,

9. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi,

10. cinayət məsuliyyətinə cəlb edilməsi,

11. Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi (mobil və ya stasionar),

12. son 3 ildə səfər etdiyi xarici ölkələr.

Dəyişikliklə bağlı Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.